Karyera
Vakansiya: Kimyaçı – Laborant
İş yeri: Hacıqabul Sənaye Parkı
İş qrafiki: Tam ştat
Əmək haqqı: 1500 AZN
Vəzifə öhdəlikləri:
• Xammal, torpaq, yarpaq, gübrə və su nümunələrinin kimyəvi tərkibinin analizlərinin aparılması
• Element analizi və üzvi maddə (humus) analizlərinin həyata keçirilməsi
• Elementlərin bir-biri ilə reaksiyaları, uyğunluğu və qarşılıqlı təsiri barədə məlumatlı olmaq
• Nümunələrin hazırlanması və təsdiqlənmiş laboratoriya metodlarının tətbiqi
• Analiz nəticələrinin qeydiyyatı və hesabatların hazırlanması
• Cihazların kalibrlənməsi, dövri texniki qulluq və təmizliyinə nəzarət
• Analizlərin prosedura uyğun və növbəlilik əsasında təşkili
• ICP-OES / ICP-MS, Spektrofotometr, HPLC və digər laboratoriya cihazları ilə işləmə bacarığı
Namizədə tələblər:
• Kimya, aqrokimya, torpaqşünaslıq və ya aidiyyəti sahə üzrə ali təhsil
• Laboratoriya işlərində mütləq praktiki təcrübə
• Gübrə, element və üzvi maddə analizləri üzrə biliklər
• Rus və ingilis dilləri üzrə biliklər arzuolunandır
• Səyahət imkanları ilə bağlı problemi olmamaq
• Hacıqabul və ətraf bölgələrdə yaşayan namizədlərin müraciəti arzu edilir
• Analitik düşünmə, ölçmə dəqiqliyi və komanda ilə işləmək bacarığı
Biz təklif edirik:
• Stabil və rəsmi iş mühiti
• Müasir laboratoriya şəraiti və avadanlıqlar
• Peşəkar inkişaf və təlim imkanları
Hazırda kimyaçı üzrə vakansiya yoxdur.
Hazırda mühasib üzrə vakansiya yoxdur.
Hazırda fəhlə üzrə vakansiya yoxdur.