TORPAQDA İZİMİZ, BİTKİDƏ SÖZÜMÜZ VAR!

ORMİLADRİP (20.20.20)+TE

Sənədlər

Əlaqə

ORMİLADRİP 20-20-20+TE

Zəngin Azot (N), Fosfor (P), Kalium (K) və mikroelement qida maddələrini özündə birləşdirən mükəmməl tərkibə malik gübrədir. Kök sistemini gücləndirməklə yanaşı, budaq, yarpaq və tumurcuqların inkişafını artırır və bitkilərdə inkişaf ləngimələrinin qarşısını alır. Tərkibindəki mikroelementlər (Zn, Fe, Mn, B, Cu, Mo) sayəsində bitkilərin böyüməsini və inkişafını dəstəkləyir. Güclü və sağlam yaşıl hissələr əmələ gətirir. Eyni zamanlı və güclü çiçəklənməni təşviq edərək məhsuldarlığı artırır. Tərəvəz və meyvə ağaclarında qönçə və çiçək əmələ gəlməsini, meyvə quruluşunu və meyvə keyfiyyətini (şəkər, zülal, vitamin, üzvi turşular, aromatizatorlar və s.) artırır. Suda tez və tam həll olunma qabiliyyəti ilə damcı suvarma sistemi ilə torpağa, çiləyici ilə yarpaqlara tətbiqi sayəsində daha bərabər paylanmasını və daha təsirli olmasını təmin edir.

İSTİFADƏ ÜSULU

Damlama suvarma ilə
Yarpaqdan

TÖVSİYƏ EDİLƏN BİTKİLƏR

İstixana, meyvə bağları, açıq tarla bitkiləri.
Daha ətraflı və digər bitkilər üçün tövsiyə cədvəlimizi nəzərdən keçirin.

XƏBƏRDARLIQ

İstifadə normaları bitki ehtiyaclarından, dövrlərindən, müxtəlifliyindən, torpaq quruluşundan, hava şəraitindən asılı olaraq dəyişə bilər.

TƏRKİB

Ümumi̇ Azot (N): 20%
Ni̇trat Azotu (N-no3): 5.7%
Karbami̇d Azotu (N-nh2): 10.4%
Ammoni̇um Azotu (N-nh4): 3.9%
Suda Həll Olan Fosfor Penta Oksi̇d (P2o5): 20%
Suda Həll Olan Kali̇um Oksi̇d (K2o): 20%
Suda Həll Olan Bor (B): 0.01%
Suda Həll Olan Mi̇s (Cu): 0.01%
Suda Həll Olan Mangan (Mn): 0.01%
Suda Həll Olan Dəmi̇r (Fe): 0.1%
Suda Həll Olan Si̇nk (Zn): 0.08%
Suda Həll Olan Moli̇bden (Mo): 0.001%

FORMASI

TOZ

QABLAŞDIRMA

2 KG - 25 KG